Site icon Aznews TV

Pezeşkian Nyu-Yorka gedəcək – Etirazlar edildi

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində BMT-nin Baş Assambleyasında çıxış, müxtəlif ölkələrin dövlət və hökumət başçıları və qrup rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

İran Prezidentinin oktyabrın 24-də Baş Assambleyanın iclasında çıxışı planlaşdırılıb.

Pezeşkianın ABŞ-a səfəri barədə məlumatın yayılmasından sonra xaricdə yaşayan müxalif mühacirlər etiraz bəyanatları yayıblar.

Tehran rejiminə qarşı müxalif mühacirlər və bir sıra beynəlxalq insan haqları təşkilatları İran rəsmisinin Nyu-Yorka səfərinin ləğv edilməsi barədə ABŞ dövləti və BMT-ə müracioət edəcəklərini bildiriblər.

Onlar, Məsud Pezeşkianın repressiv və insan hüquqlarını kobud şəkildə pozan sistemin nümayəndəsi olduğuna diqqət çəkib, ona ABŞ vizasının verilməsini demokratiya və insan haqları hörmətsizlik kimi dəyərləındiriblər.

Exit mobile version