Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz müharibə istəmirik, lakin xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, İsrailin təcavüzünə müvafiq cavab verəcəyik”, – Pezeşkian bildirib.
“İsrailin təcavüzü və cinayətləri davam etsə, gərginlik artacaq və bilirik ki, Birləşmiş Ştatlar İsraili bu faciələrə təhrik edir. ABŞ bizə qarşı müharibəni dayandıracağını vəd edib, lakin vədinə əməl etməyib”, – İran preidenti əlavə edib.
Qeyd edək ki, yayılan kəşfiyyat məlumatlarında 2023-cü ilin oktyabr ayının 7-də HƏMAS-ın israilli mülki vətəndaşlara terror planından İranın xəbəri olub.
Məlumatlarda terror planının SEPAH-la razılaşdırıldıqdan sonra həyata keçirildiyi bildirilir.