Rəsmi Tehran tədricən ABŞ-la nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək fikrinə gəlir.
Aznews.tv xəbər verir ki, bunu cümə günü Pentaqonun rəhbəri Mark Esper bildirib.
“Düşünürəm ki, İran get-gedə bu istiqamətə yönəlir və ola bilsin ki, biz onlarla danışıq masasına oturacayıq”, – deyə M.Esper əlavə edib.
Onun fikrincə Tramp, rəsmi tehranı danışıqlara getməyə məcbur etmək üçün sanksiyaların vasitəsi ilə qəti şəkildə İrana “maksimal təzyiq” kursunu tutur.
M.Esper etiraf edib ki, ABŞ-ın məqsədi çıxdıqları nüvə anlaşması yerinə İranı yeni anlaşmaya məcbur etməkdir.
“Yeni anlaşma İranın təkcə 10-15 il yox, heç vaxt nüvə silahına sahib olmamağı təmin etməlidir”, – deyə Pentaqonun rəhbəri bəyan edib.
Aznews.tv