Bu barədə “Reuters” ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın Nümayəndələr Palatasında dinləmələr zamanı söylədiyi sözlərə istinadən xəbər verir.
“2018-ci ildə əvvəlki administrasiya İranla nüvə sazişindən çıxmaq qərarına gələndə, bir parçalana bilən bomba hazırlamaq üçün Tehrana təxminən 12 ay lazım idi. İndi təxminən 12 gün lazımdır”-deyə, o bildirib. (report)