Site icon Aznews TV

Pentaqon Floridada hipersəsli silahları sınaqdan keçirib

 

Bu barədə “ANT” TASS-a istinadən xəbər verir.

“Ordu (quru qoşunları – red.) və Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasında qeyri-nüvə hipersəs sistemini sınaqdan keçirməyə başlayıblar. Bu sınaqlar istifadəyə hazır hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu”, – nazirliyin nümayəndəsi bildirib.

Pentaqonun əməkdaşı sınaqların uğurlu olub-olmadığını deməyib. O, sözügedən sistemlərlə bağlı başqa təfərrüatları açıqlamayıb.

Exit mobile version