İran

Paşinyan Rəisini Ermənistana səfərə dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Cümhuriyyətinin 43-cü ildönümü münasibəti ilə İran prezidenti İbrahim Rəisiyə təbrik mesajı ünvanlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Cümhuriyyətinin 43-cü ildönümü münasibəti ilə İran prezidenti İbrahim Rəisiyə təbrik mesajı ünvanlayıb.

“Aznews tv” xəbər verir ki, bu barədə “İRNA” xəbər ajansı məlumat yayıb.

Paşinyan maktubunda iki ölkə arasında əlaqələrin daha da artırılmasında maraqlı olduğunu bəyan edib.

O, eyni zamanda gündəlikdə duran ikitərəfli məsələləri müzakirə etmək üçün İran prezidenti İbrahim Rəisini İrəvana səfərə dəvət edib.

Qeyd edək ki, son dövrlərdə İran-Ermənistan arasında hərtərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf etdirilir. İslam Cümhuriyyətinin xüsusilə İkinci Qarabağ savaşı zamanı və ondan sonra Ermənistanı dirçəltməyə yönəlmiş addımları Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. İran rəsmiləri və mətbuatı isə davamlı olaraq Azərbaycan- Türkiyə münasibətləri və Zəngəzur dəhlizi əleyhinə düşmən mövqe sərgiləyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button