O, bütün səylərə baxmayaraq, quraqlıq nəticəsində ikinci əkin sezonunun böhranla üzləşdiyini, 13 min hektar əkin sahəsinin əkilmədiyini söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə Ərdəbil əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Rübəli Cahani əyalətdə yaşanan quraqlıq barədə xəbərdarlıq edib
Rübəli Cahani deyib ki, quraqlıq və yağıntıların azalması Biləsuvarda kənd təsərrüfatı sahəsinin tamamilə iflasına səbəb oa bilər.
Cahani ötən ildə oxşar problemi yaşadıqlarını, zərərə düşən əkinçilərin yalnız 30%-nın siğortadan kompensasiya ala bildiyinə toxunaraq, belə davam edəcəyi təqdirdə 17 mindən çox əkinçi və fermerin müflis olacağını söyləyib.