
Saxlanılan gənclərin ictimai asayişi pozduqları, ictimai yerlərdə spirtli içki içdikləri iddia edilib.
Yerli sosial media fəalları və hadisə şahidləri həbslərin yaxın günlərdə keçirilməsi ehtimal olunan ümumi etiraz nümayişləri ilə bağlı olduğunu yazıblar.
Onlar hakimiyyətin nümayişlərdə fəallıq göstərə biləcək şəxslərə qarşı genişmiqyaslı əməliyyatlara başladığını bildiriblər.
Qeyd edək ki, iki gün əvvəl Təbriz şəhərində də 6 milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Bununla yanaşı, təhlükəsizlik, SEPAH və polis əməkdaşları İranın bir neçə bölgəsində əməliyyatlar keçirərək yüzlərlə insanı həbs ediblər.