O, bu barədə prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində İran televiziyasındakı çıxışında bildirib.
Qalibaf, xüsusilə əfqanistanlı qaçqınların ölkədən çıxarılacağını və şərq sərhədlərində divar çəkiləcəyi ilə bağlı işləri tezləşdirəcəyini deyib.
Qeyd edək ki, İranda təxminən 3,5 milyon əfqanistanlı yaşayır və 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanıstanlı qaçqınlara qarşı təzyiqlər daha da artıb, onların ölkədən çıxarılmaları sürətləndirilib.