Site icon Aznews TV

Panfarsist xanıma yüksək vəzifə verildi

Bu barədə İran mediası məlumat yayıb.

Bundan əvvəl Həkimzadənin 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərinin siyahısına salınması azərbaycanlıların narazılığına səbəb olmuşdu.

Bundan sonra onun komissiyadan çıxarılması ilə bağlı bilgi yayılsa da, sonradan bunun həqiqətə uyğun olmadığı aydın olmuşdu.

Qeyd edək ki, Rizvan Həkimzadə və onun əməkdaşları bundan əvvəl qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanan layihə hazırlayıb və icrasına başlayıblar.

Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir. 4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.

Exit mobile version