Dünya

PAKİSTAN QOŞULMAMA HƏRƏKATININ İCLASINA QATILACAQ

Pakistan koronavirusa qarşı birgə mübarizə üçün Qoşulmama Hərəkatı ilə məsləhətləşmələr aparacaq

Pakistan koronavirusa qarşı birgə mübarizə üçün Qoşulmama Hərəkatı ilə məsləhətləşmələr aparacaq

Pakistan prezidenti Covid-19 virusunun yayılması ilə bağlı Azərbaycanın başçılığı ilə keçiriəcək Qoşulmama Hərəkatının qarşıdakı iclasına qatılacaq.
Bu barədə Pakistan Xarici İşlər Vəzirliyi ötən gecə açıqlama yayıb: “Azərbaycan prezidenti İlham Əliyevin Hərəkatın indiki rəisi kimi önərisi ilə Qoşulmama Hərəkatı üzvlərinin hökumət başçılarının məcazi iclasının bazar ertəsi keçirilməsi nəzərdə tutulub”.
“Pakistan prezidenti Arif Ələvi, Qoşulmama Hərəkatınn liderlərinin video konfransına qatılacaq . Sammit iştirakçı üzvlərin “Covid-19-a qarşı birlik və koronavirusla mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmahəngliyin gücləndirilməsi üçün səmərəli tədbirlər” adlı siyasi bəyaniyəsi ilə başa çatacaq”,-deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakı 25-26 oktobr 2019-cu il tarixlərində Qoşulmama Hərəkatının 18-ci iclasına ev sahibliyi edib və bu iclasda Hərəkatın rəisliyi 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycana təhvil verilib.
İran və Pakistan prezidentləri Həsən Ruhani və Arif Ələvi iclas çərçivəsində görüşərək ikitərəfli münasibətlər, bölgəsəl həmkarlıq və dünyadakı gedişatı müzakirə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button