
O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək buna layiqli cavab verildiyini söyləyib:
“Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək”.
Qeyd edək ki, yanvarın 16-da SEPAH Pakistan ərazisində terrorçu qruplaşma sayılan “Ceyş əl-Ədl”in bazasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub.
Buna cavab olaraq bir gün sonra Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. Nəticədə 12 nəfər həlak olub.