Dünya

Pakistan BRICS-ə üzvlük üçün müraciət etdi

İslamabad 2024-cü ildə BRICS-ə qoşulmaq üçün müraciət edib.

Bu barədə Pakistanın Rusiyadakı yeni səfiri Məhəmməd Xalid Camali bəyan edib.

“Biz artıq ərizə təqdim etmişik. Pakistanın üzvlüyünü dəstəkləmək üçün üzv ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik”, – deyə diplomatik missiyanın rəhbəri bildirib.

Qeyd edək ki, dövlətlərarası assosiasiya BRICS beş dövlətin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın) birliyidir. 2024-cü il yanvarın 1-dən Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya da təşkilata üzvlüyə dəvət olunub. (Mənbə: TASS)

Related Articles

Bir cavab yazın

Back to top button