Azərbaycanİran

Pərviz Siyabi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb

Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan siyasi məhbus, tanınmış vəkil və hüquq müdafiəçisi Ərdəbil həbsxanasının 1-ci bölməsindən 7-ci bölməsinə köçürülüb.

Bundan öncə Abbas Lisaninin 7-ci bölmədə saxlanıldığı zaman Siyabinin bu bölməyə köçürülməsi ilə bağlı müraciətlər cavabsız qalmışdı.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyi üçün 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək” də ittiham edilir.

Siyabi həmçinin həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da,  “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

Related Articles

Bir cavab yazın

Back to top button