Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Həmədanda koronavirusun sahibkarlara təsiri

İqtisadi müşküllər, koronavirusun yayılması Həmədanda əsnafa və tolid vahidlərinə mənfi təsir göstərib. Tolid etdikləri və ya gətirdikləri məhsulları sata bilməyən əsnaf iş yerlərini bağlamağa məcbur olur.
Həmədan əyalətinin Əsnaf Otağının rəis müavini məsələ ilə bağlı açıqlama verib. Əhməd Qazrani koronavirus səbəbilə əyalət əsnafının yüzdə 80-nin fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, ötən il Novruz bayramında satılması nəzərdə tutulan məhsullar hələ də anbarda saxlanılır. Məhsulların çoxunun məsrəf tarixi keçib. Qazrani dəyən ziyanın təshilat vasitəsilə ödənilməsi məsələsinə toxunub. Bildirib ki, bunun üçün çox sayda bürokrasi və idari mərhələlərdən keçilməlidir. Eləcə də əsnafa ödəniləcək təshilatın miqdarı çox aşağıdır. O, ötən ilki duruma görə, dövlətin əsnafları himayə etməli olduğunu vurğulayıb. İqtisadi işlər üzrə mütəxəssis Əbülfəz Baratzadə isə fəhlələrin və işçilərin yaşam durumu barədə danışıb. Qeyd edib ki, başqa əyalətlərdə olduğu kimi Həmədanda da fəhlə və işçilərin durumu olduqca ağırdır. Onların yaşam ehtiyacları 2-3 qat artıb. Baratzadənin sözlərinə görə, əsnaf və tolid vahidlərinin himayəsi ilə bağlı bərnamələr hazırlanmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button