Noyabrın 19-dan 20-ə keçən gecə SEPAH Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) və Bukan şəhərlərində geniş hərbi əməliyyatlar keçirib.
Yüzlərlə hərbçinin cəlb olunduğu əməliyyatda iri çaplı silahlar və ağır texnikadan da istifadə edilib.
Hökumət bunu “terroristlərə qarşı əməliyyat” adlandırıb separatçıların sığınacaqlarını dağıtmaq məqsədilə həyata keçirildiyini iddia edib.
Müxalif təşkilatlar bunu genişlənən etiraz aksiyalarının qarşısını almaqda aciz olan Tehran hökumətinin Soyuqbulaqda qırğın törədərək etirazçıları qorxutmaq cəhdi olduğunu deyirlər.
İnsan haqları təşkilatları noyabrın 19-dan 20-ə keçən gecə Soyuqbulaq və Bukanda çox sayda insanın öldürülüyü, yaralandığını və saxlanıldığını desələr də, dəqiq bildirməyiblər.