AzərbaycanDünya

“Orta Asiya” deyil, “Türküstan”!

Aznewstv "TRT" xəbər agentliyinə istinadən bildirir ki, Türkiyə Milli Təhsil Nazirliyi, yeni təhsil proqramında tarix fənni üzrə yenilik tətbiq edəcək.

Belə ki, bundan sonra dərsliklərdə “Orta Asiya” əvəzinə “Türküstan” anlayışından istifadə ediləcək. Milli Təhsil Nazirliyi açıqlamasında Türküstana sahib çıxacağını bildirib: Gələcək nəsillər türk şüuru ​​və vətənpərvərlik hissi ilə böyüyəcək.

TRT-nın Astanadakı ofisində çalışan jurnalist Nurqali Jusipbay mövzu ilə bağlı reportaj hazırlayıb. Qazaxıstan Prezidentinin İctimai Xidmətlər üzrə eksperti Canat Momınkulavı qonaq edən jurnalist reportajına Türküstanın önəmli şairi olan Mağcan Cumabayın şeiri ilə başlayıb:

 

No photo description available.

 

“Türküstan, iki dünya eşiğidir, Türküstan, yiğit Türkün beşiğidir.”

Canat Momınkulav mövzu ilə bağlı açıqlamasında bildirib ki, bizim çoğrafiyamız tarix və mədəniyyət baxımından Türk coğrafiyasıdır.

“Bu tarix boyu hər zaman belə olmuşdur. Türkiyənin “Orta Asiya” termini əvəzinə “Türküstan” terminindən istifadə etməsi doğru qərardır. Çünki, bu qərar “Türküstan” kəlməsinin ingilis, rus və bütün türk leksikonuna daxil olmaq şansı yaradır. Bu qərar Türk dövlətləri arasında interqasiyaya xidmət edəcək”.

Türk dövlətləri arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirən ekspert əlavə edib ki, hərbi, siyasi və iqtisadi sahələr də daxil olmaqla bütün sahələrdə təmaslar davam etdirilməlidir.

“Türk dövlətlərinin liderləri bütün mövzularda bir-birləri ilə görüşməyə hazırdırlar. Öncəki illərdən fərqli olaraq Türk dünyası artıq diqqət mərkəzindədir. Regiondakı geosiyasi reallıqlar, beynəlxalq münasibətlər Türk dövlətlərinin inteqrasiyasına töhvə verir. Türkiyənin bu qərarını dəstəkləyirik və düşünürəm ki, digər Türk dövlətləri də bu addımı atmalıdır. “Orta Asiya” termini imperialistlər tərəfindən Türk dövlətlərini alçaltmaq məqsədi istifadə edilmiş termindir. Biz öz coğrafi məkanımızı özümüz adlandırmalıyıq”.

Related Articles

Bir cavab yazın

Back to top button