
“Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais bildirib.
İndoneziyanın Bali adasında energetika nazirləri toplantısı çərçivəsində keçirilən enerji təhlükəsizliyi sessiyasında çıxış edən Al-Ğais qeyd edib ki, OPEC-in apardığı araşdırmalar 2045-ci ilədək neft sektorunun səmərəli fəaliyyətinin təmin edilməsinə 12 trilyon dollardan çox investisiya lazım olduğunu müəyyən edib. O bildirib ki, yalnız belə olan halda gələcəkdə neftə olan tələbatı tam şəkildə təmin etmək mümkündür.
OPEC-in baş katibinin toplantı çərçivəsində iştirakçı ölkələrin nazirləri, o cümlədən İndoneziyanın enerji və mineral ehtiyatlar naziri Arifin Tasrif, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simpson, ABŞ-ın energetika nazirinin müavini Devid Turk ilə görüşlərində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.(Azərtac)