Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar Hubey əyalətində 10 şəhərlə nəqliyyat rabitəsi dayandırılıb. Ən sərt karantin epidemiyanın başladığı Uxan şəhərində tətbiq olunub.
Bu barədə “RİA Novsti” xəbər yayıb.
Məlumata görə, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitsyan, Huanşi, Enşi və Syannin şəhərlərinə nəqliyyatın hərəkəti dayandırılıb.