
Ölkədə cəmiyyət artımı yüzdə birin aşağı düşüb
İran gələcək 30 ildə dünyanın ən yaşlı cəmiyyətinə çevriləcək
Bu barədə sağlamlıq vəzirinin ali müşaviri Məhəmməd İsmail Əkbəri məlumat verib. O məsələ ilə bağlı ixtar verərək bildirib ki, bu il doğumlar 170 min nəfər azalıb. Bu isə cəmiyyətin artımını yüzdə 1-ə salıb. Eyni halda isə yaşlıların nisbəti biraz azalıb.
Doğumlar 1398-ci ildəki doğum nisbəti 1397-ci illə müqayisədə 170 min azalıb.
O eləcədə keçən 70 ildə dünyada cəmiyyətin yaşının 5 il qocaldığını, ortalama yaşın 26.6-dan 31.3-ə çatdığını deyib. Ancaq İranda keçmiş 60 ildə cəmiyyət yaşı 10 il qocalıb və hazırda ortalama yaş 20.2 yaşdan 30 yaşa çatıb. Bu hadisə isə sabit qalmayıb getdikcədə daha qocalacaq. İndilikdə cəmiyyətin yüzdə 10-nu qocalar təşkil edir.
Məsələ ilə bağlı dünya 2 yol seçib:
Evlənib uşaq sahibi olmaq, yaxud da,
iqtisadı dolandırmaq üçün mühacirləri qəbul etmək.
Örnəyin Almanda bu müşkülün həlli üçün bir vizarətxana qurulub. Bu ölkədə 3 uşağa ayda 195, 4- uşaqdan çox olanlara isə 221 yoro pul ödənilir. İspaniyada isə hər uşağa 2500 yoro, Güney Korədə 3 min dolar pul verilir.