ABŞ-dan olan keçmiş basketbolçu Key Si Cons vəfat edib.
Veteran oyunçu 88 yaşında dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, “Boston” klubunun heyətində 8 qat NBA çempionu olan Cons 2 dəfə köməkçi məşqçi, bir dəfə isə baş məşqçi kimi bu titula yiyələnib. O, 1956-cı ildə Avstraliyanın paytaxtı Melburnda Yay Olimpiya Oyunlarının qalibi olub.