Fransanın Kann şəhərində keçirilmiş hərracda 1980-ci ildə Moskoda baş tutmuş Yay Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunmuş məşəl satılıb.
Heykəltəraşlar Boris Tuçin və Valentin Lübman tərəfindən hazırlanmış, üzərində Oyunların emblemi və olimpiya işarəsi əks olunmuş məşəl 2500 avroya alıcı tapıb.
Xatırladaq ki, 1980-ci ilin culay ayının 19-da həmin məşəllə basketbolçu Sergey Belov XXII Yay Olimpiya Oyunlarının alovunu yandırmışdı.