“Bu qədər alçaq və rəzilsiniz. İşim bir yana, bütün həyatımı qardaşımın qisasını almaq üçün qurban verməyə hazıram”.
Qeyd edək ki, Cavad heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib. Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərinin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə ailəyə qarşı təzyiq göstərilir.
Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.