
NORVEj POLİSİ KEÇMİŞ YÜKSƏK VƏZİFƏLİ İRANLI DİPLOMATI SALMAN RÜŞDİNİN KİTABININ NAŞİRİNƏ SUİ-QƏSD ETMƏKDƏ İTTİHAM EDİR.
Norvej polisi yüksək rütbəli diplomatı və Norvejin Oslodakı səfirliyinin keçmiş işçisini və bir nəfər Lobnan vətəndaşını 1993-cü ildə norvejli naşir William Nigard-a sui-qəsd hazırlamaqda ittiham edib.
1988-ci ildə Aşunq Nəşriyyat Evinin məsulu Vilyam Nigard Salman Rüşdinin “Şeytan ayələri” kitabının Norvej dilinə tərcüməsini nəşr etdirdi. 1993-cü ildə evinin qarşısında 3 dəfə atəş açılsa da, sağ qalıb.
Cümə günü Norvej milli televiziyası (NRK) bildirib ki, polis Osloda İran İslam Cumhurisinin yüksək rütbəli diplomatını Uilyam Niqarda sui-qəsddə iştirakda ittiham edib.
İran səfirliyi hələlik iddialara cavab verməyib, amma sui-qəsd zamanı İran diplomatın hadisədən 3 gün öncə Oslonu tərk etdiyini iddia edib.
İranda İslam İnqilabının ba:nisi Xomeyni 1989-cu ildə Salman Rüşdiyə ölüm hökmü çıxarıb və bu fətva bu günə qədər qüvvədədir. Əli Xamenei də 2004-cü ildə Xomeyninin fitvasını dəyişilməz adlandırıb.