“Bu mükafatın Məhəmmədiyə verilməsi azadlıqlarını, sağlamlıqlarını və hətta yaşamlarını təhlükəyə salmaqla öz hüquqları üçün döyüşən qadınlara hörmət göstərməkdir.”-deyə Quterreş “X” şəbəkəsində yazıb.
Həmçinin BMT-nin İran üzrə insan haqları xüsusi təmsilçisi Cavid Rahman və qadınlara ayrı-seçkilik sahəsində BMT-nin Müstəqil Mütəxəssislər Komitəsinin sədri Dorsi Strada və digər 4 üzüvü Məhəmmədiyə mükafatın verilməsi barədə bəyanatla çıxış ediblər.
“Qadın haqları üzrə bir cəsarətli fəal və jurnalistə 2023-cü il Nobel Sülh Mükafatının verilməsi qadınlara ayrı-seçkilik edən, ayıran, təhqir və məhrum edən sistemlərə qarşı mübarizə anlamındadır.”-deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, qadın haqları üzrə güney azərbaycanlı fəal Nərgis Məhəmmədi hal-hazıtda siyasi ittihamlarla həbsxanadadır.