
“Biz İranın bu hücumları mümkün edən infrastrukturuna cavab verməliyik. Onlara birdəfəlik zərbə vursaq, geri çəkiləcəklər”,- Heyli deyib.
O, qeyd edib ki, əgər hazırkı İran hökuməti olmasaydı, Livan Hizbullahı, Husilər və HƏMAS-da olmazdı, ABŞ-nin İraq və Suriyadakı bazalarına hücumlar edilməzdi.
Debatda iştırak edən başqa namizədlərdə İran hökumətinin əməllərinə daha qətiyyətli cavab verilməsini istəyiblər.
Onlar Amerikanın İsrailə dəstəyinin artırılmasını və İrana bağlı silahlı qruplaşmaların, o cümlədən HƏMAS-ın zərərsizləşdirilməsinin vacibliyini vuğulayıblar.