Site icon Aznews TV

Netanyahu: Hevron və Kiryat-Arba şəhərlərini anneksiya edəcəyik

Bu güb səhər İsrailin baş naziri Benyamin Netanyahu daha bir qalmaqallı bəyanat verib.

Aznews.tv xəbər verir ki, Netanyahu seçkilərdən sonra nəinki İordan vadisini, həmçinin Hevron və Kiryat-Arba kimi şəhərləri anneksiya edəcəyini bildirib.

Öz növbəsində, İsrailin nəqliyyat naziri Betsalel Smotriç bu addımın adı çəkilən yerlər üçün “ölüm hökmünə” çevriləcəyini bildirib.

Onun sözlərinə görə, Netanyahu yəhudilərin yaşadığı məntəqələr barədə söz açsada, ətraf ərazilər barədə heçnə deməyib.

“Heç bir yəhudi yaşayış məntəqəsi onu əhatə edən fələstinlilərin içində sağ qala bilməyəcək”, – deyə Smotriç əlavə edib.

Aznews.tv

Exit mobile version