İsrailin baş naziri Benyamin Netaniyahu deyib ki, mən İran rejiminin nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimdən gələni etməyə qərarlıyam. Mənim üçün bu təhlükənin aradan qaldırılması İsrailin gələcəyini təmin etmək üçün ən mühüm vəzifədir.
“Şimalda atəşkəsin əldə olunmasının səbəblərindən biri də diqqəti İran rejiminin təhdidinə yönəltməkdir və bu barədə daha çox açıqlama vermək istəmirəm. Biz Yaxın Şərqin simasını dəyişirik”,- o bildirib.
Qeyd edək ki, dünən İsraillə Livan (Hizbullah) arasında atəşkəs razılaşması əldə olunub. Razılaşma bugündən qüvvəyə minib.