Site icon Aznews TV

Dünyada neftin qiyməti 15% yüksəlib

Bu gecə Asiya birjalarında neftin qiyməti 15% artıb.

Aznews.tv xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiyməti 68 dollar olub.

Daha sonra qiymətlər aşağı ensə də, hal-hazırda qiymətin artımı 10-12% təşkil edir.

Benzin fyüçersləri isə, öz növbəsində, 9% bahalaşıb.

Qiymətin artımına Səudiyyə Ərəbistanının əsas neftemalı zavodlarına təşkil olunmuş hücumlar olub.

Krallığın Abakeyk kompleksinə hücumdan sonra ölkə neft hasilatını 50% endirməli olub.

Mütəxəssislər həmçinin dünyada neft nəqli prosesində də problemlərin yaşanacağına əmindirlər.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp ölkənin neft ehtiyyatlarının açılması barədə sərəncam verib.

Aznews.tv

Exit mobile version