"İranda mövcud olan məktəblərin ən azı 11%-i istifadəyə yararsızdır və məktəblərin dövlət vəsaiti hesabına yenidən qurulması üçün 50 il lazımdır", - deyə İran təhsil nazirinin müavini Həmid Rza Xanməhəmmədi açıqlama verib.
O, bununla yanaşı, 7 min məktəbin içməli su təminatının olmadığını bildirib.