DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə-həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.
Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə – marixuana aşkar olunub.
Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.(apa)