Bu barədə Yaponiya və NATO rəsmiləri məlumat yayıb.
Bölmə alyansa Yaponiya və Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcək.
Qeyd olunub ki, “Çin və onun Rusiya ilə əməkdaşlığı blok üçün yeni çağırışa çevrildiyindən” əlaqə ofisinin açılması zəruridir.
NATO və Yaponiya Fərdi Tərəfdaşlıq Planı imzalamağı planlaşdırırlar.
Proqrama əsasən, hər iki ölkə kibertəhlükələrə qarşı mübarizədə əməkdaşlığı dərinləşdirəcək, yeni texnologiyalar sahəsində əməkdaşlıq edəcək və dezinformasiya ilə mübarizə üçün məlumat mübadiləsi aparacaq. (modern)