![](https://www.aznews.tv/wp-content/uploads/2024/01/msg-1001850276670-17902-780x470.jpg)
Bir neçə gündür Güney Azərbaycan və Şimali Azərbaycan bölgələrində 1 metrdən çox qar yağmasına baxmayaraq, Qərbi Azərbaycanın Urmiya gölü bölgəsində bu miqdar cüzi olub.
Təbriz Universitetinin Hidrometeorologiya Kafedrasının üzvü Dr. Behruz Sari Sərraf sübut sənədləri və peyk görüntülərini təqdim edərək gölün atmosferasında isti halənin törəndiyini və bu səbəbdən bölgədə yağıntı gücünə malik buludların yer dəyişdiyini deyib:
“Halə Urmiya gölünün quruması nəticəsində törənib. Gölün 5 min 200 kilometrlik sahəsi əvvələr su ilə dolu olub. Lakin 20 il öncədən quruma prosesi başlayıb.
Yaranan duz qatı gölün üzərində metan və istilik törətməklə ölkənin şimal-qərəbində bulduların törənmə yerinin dəyişməsinə səbəb olub”.