Bu barədə Nobel Fondu məlumat yayıb.
Güney azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədinin “İranlı qadınların zülmə məruz qalmasına qarşı mübarizəsi və hamı üçün insan haqları və azadlığın təşviqi səylərinə görə” qazandığı 2023-cü il üzrə Nobel Sülh mükafatı 17 yaşlı əkiz övladlarına təqdim edilib.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.