Azərbaycanİran

Mərənddə daha bir tarixi abidə dağılır

Şərqi Azərbaycan əyalətinin Mərənd bölgəsində yerləşən tarixi Yaldur qalası baxımsız qaldığı və bərpa edilmədiyi üçün tamamilə məhv olmaq üzrədir.

Eradan əvvəl birinci min illiyə aid olan qalanın çox yerində tarixi əsər qaçaqmalçıları qanunsuz qazıntı aparıb, abidənin daha çox dağılmasına səbəb olublar.

İranın Mədəni irs, turizm və əl işləri naziri İzzətullah Zərğami dekabrın 4-də Şərqi Azərbaycana səfəri çərçivəsində Yaldur qalasında da olub.

Nazir tarixi abidənin acınacaqlı durumda olduğunu desə də, başçılıq etdiyi qurumun abidəni bərpa etmək üçün vəsaitinin olmadığını söyləyib.

Bu, azərbaycanlı mədəniyyət xadimləri və sosial media istifadəçilərinin etirazlarına səbəb olub.

Onlar naziri məsuliyyətini yerinə yetirməməkdə və Azərbaycanın tarixi əsərlərinə qarşı laqeydlikdə günahlandırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button