
Mediaya verdiyi açıqlamada polkovnik Kazım Dadaşi bildirib ki, daxil olan məlumat əsasında Məlikan mahalında əməliyyat keçirilib.
Onun dediyinə görə, Məlikanın Leylan bölgəsinin Əbdülabad kəndi ərazisində keçirilən əməliyyat nəticəsində 6 nəfər həbs olunub və onlara məxsus mexaniki və elektron qazıntı avadanlıqları götürülüb.
Dadşi, saxlanılanların barəsində cinayət işinin açılması üçün məhkəmə qurumlarına təhvil verildiklərini bildirib.