
Cənab Behzadi Rad oktyabrın 10-da Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin sədri hakim Səlvətinin cənab Fəqihinin vəkillərinin məhkəmə iclasında iştirakının qadağan edilməsinə toxunaraq əlavə edib: “Təəssüf ki, 15 saylı şöbənin hakimi tərəfindən ilk dəfə deyil ki, belə rəftarla qarşılaşırıq. Bir neçə gün öncə mənim başqa müvəkkilimin qarşısına çıxmağım mümkün olmadı və bu hakim elan etdi ki, müttəhimlər 48-ci maddə qeydindən vəkilləri seçsinlər”.
Azərbaycanlı vəkil Seyid Məhəmmədriza Fəqihinin ittihamlarının məhkəməsi dünən, 10 oktyabr 2023-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakimin vəkillərdən birinin məhkəmədə iştirakına mane olması ilə bağlı məhkəmə iclasının keçirilməsinə etiraz etdiyi üçün keçirilmədi.
atırlatmalıyıq ki 14 Avqust 2021-də də, Cənab Fəqihi, Vətəndaş Hüquqlarının Müdafiəsi Dərnəyin ofisində keçirilən görüşdə Araş Keyxosrəvi, Mustafa Nili, Mehdi Məhmudiyan, Məhəmməd Hadi Erfaniyan Kaseb, Maryam Əfrafraz və Leyla Heydəri ilə birlikdə tutulmuşdu.
Əslən Ərdəbil əyalətinin Hir şəhərindən və Tehran sakini olan Məhəmməd Riza Fəqihi müxtəlif dövrlərdə Əkbər Azad, Abbas Lisani, Lətif Həsəni, Əliriza Fərşi, Siyamək Mirzayi, Ayət (Yürüş) Mehr Əli Bəyli, Behnam Şeyxi və bir sıra başqa fəallın vəkili olub.
#azərbaycan_xəbərləri #ümumi_etirazlar