
Bu barədə o, videomüraciətində bildirib.
“Rusiya çalışır ki, Xarkov vilayətinin ələ keçirdikləri ərazilərdən, Xerson vilayətindən, Zaporojye vilayətinin bəzi ərazilərindən və Donbasdan əl çəkməsin. Yavaş-yavaş irəliləyir. Onlar mövqelərini gücləndirmək üçün ehtiyatlar yığır. Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq. Biz bunu bilməliyik”, – Zelenski vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.
“Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək üçün. Ruslar bizdə bizdə olan hər şeyi almaq istəyirlər”,- deyə Zelenski bildirib/ (azpost.info)