
İsveçin paytaxtı İstokholm şəhərində yüzlərlə iranlı bu şəhərdə fəaliyyət göstərən və İran hökumətinin təbliğat mərkəzlərindən sayılan “İmam Əli” məscidinin qarşısına toplaşıblar.
Adı çkilən məscidi İran hökumətinin casusluq yuvası adlandıran aksiyaçılar oranın bağlanmasınıistəyiblər.
Avropa şəhərləri ilə yanaşı Amerika, kanada və Avstraliyanın bir neçə şəhərində də oxşar aksiyalar keçirilib və İranda rejim əleyhinə davam edən nümayişçilərə dəstək ifadə olunub.