İranda uzun illərdən bəri bir köç məsələsi var. Çağdaş tarixə baxınca əsrlər boyu insanların doğulub böyüdüyü topraqları tərk etməsi fərqli olsa da İranda batıya doğru mühacirət var. 1357-ci ildə İslam İnqilabından sonra mühacirət dalğalarına siyasi səbəblər daxil oldu. keçmiş rejimin mənsubları və ya İslam Cumhuriyyətinin mənimsədiyi yaşam tərzinə uymayan minlərlə insan Avrupa və Amerikaya getdi. Ancaq ondan sonra ardıcıl siyasi səbəblərdən dolayı köçməyi düşünən insanlar oldu. Bu məsələ Fars olmayan millətlərdə daha çox yayğındı. Ancaq hər zaman köçmək üçün daha çox bəlli dərəcədə maddi imkana sahib olan insanlar düşünülürdü. Qərb ölkələrindəki təhsil və sosial həyatın imkanları hər zaman insanlara maraqlı gəlirdi və buna görə də, çoxunluqla seçilən birinci məqsəd Avrupa və Amerika olurdu. Hazırda İrandan başlayan köç dalğası və sunamisinin səbəbləri çox daha çeşitlidir. Siyasi və ictimai azadlıqların yanında insanların çoxu rifah naminə evindən-yurdundan köçməyə qərar verirlər. Özəlliklə, Suriya iç savaşı olayından sonra dünyada yeni bir köç dönəmi başladı. Milyonlarla insan batı ölkələrinə doğru köçməyə çalışdı. bu durum İran kimi ölkələrdən də köçməyə çalışanların önündə böyük bir əngəl oldu.
İran kimi bir ölkədə, zənginlərlə yoxsulların arasında olan uçurumlar olduqca çoxdur. Demokrasi və azadlıqların olmaması və daha önəmlisi, məmləkətdə ümumi vəziyyətin düzəlməsiylə bağlı ümidların yox olması, insanları mühacirətə məcbur edir. Həsən Ruhaninin ikinci dörd ilində və İbrahim Rəisinin zorla iş başına gətirilməsindən sonra İrandan köçmək və daha doğrusu qaçmaq millətin böyük çoxunluğunun gündəminə gəlib.
Bir tərəfdən də İranın bölgə və dünya ölkələriylə münasibətlərinə görə İran pasaportu daşıyanların köçünü çox çətinləşdiribdir. Niyə ki, İranlıları bir neçə ölkədən başqa kimsə qəbul etmir. Bunu son illərdə İranla bağlı viza qanunu olmayan ölkələrin köçün qabağını almaq üçün yenidən viza tətbiq edilməsi göstərir. Misal üçün bundan qabaq Gürcistana getmək rahat idi, minlərcə ailə Gürcistana köçdü və Gürcistan dövləti İranlıların girişini çətinləşdirdi. Hal-hazırda viza olmadan İranlılara açıq olan təkcə böyük ölkə qonşu türkiyədir. Elə buna görə də, təkcə 2016-dan 2020-yə qədər Türkiyədə yaşayan İranlıların sayısı dörd qat artıb. Bundan belə Türkiyə də, son illərdə İranlıların gəlməsiylə bağlı bəzi məhdudiyyətlərə gedib. Ancaq yenə də Türkiyə İrandan köçmək üçün ən yaxşı və ya hətta ən rahat seçənək olaraq görünür.
Ötən günlərdə İranda Milli İnternet Qanununun Məclisdə gündəmə gəlməsindən sonra Türkiyəyə köçmə axtarışı İnternetdə yüzdə 700 artmışdı. Bu onu göstədir ki, toplum gündəmin siyasi qərarlardan nə qədər təsir alır. Hazırda minlərlə uzman və gənc nəsil İrandan köçür. Azərbaycandan mühacirət edənlərin çoxu işsizlik səbəbindən dolayı köçürlər.
İnsanlar daha rahat bir yaşam üçün köçməyi özlərinə haq görürlər. İrandakı həyat çətinlikləri görüncə də köç məsələsi insanların tək çarəsi kimi görünür. Ancaq səbəb hər nə olursa olsun, gənc və uzman nəslin köçməsinin ölkəyə ciddi zərərləri var. Milyonlarla gəncin ölkədən qaçıb getməsi elə yaxın zamanda ölkəyə çox ciddi zərərlər verəcək. Bir tərəfdən İrandaki siyasi və iqtisadi vəziyyətə baxılınca köçmək bir insan haqqı və insanların tək çıxış yolu görünür. bir tərəfdən də bu şəkildə toplu köçlər ölkənin gələcəyinə ciddi zərərlər verir. İslam Cumhuriyyətinin insanlığa törətdiyi ziyanı tarixdə unudulmaz nöqtəyə gəlib.
Bununla belə, milyonlarla insanı evindən yurdundan didərgin salması, kəsinləklə gələcək nəsillərə verdiyi ən önəmli zərərlərdən biridir.