Site icon Aznews TV

Müğənni Damlanın Ərdəbildə proqramla çıxış etdiyi məkan bağlanıb

Onun şadlıq saraylarının birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb.

Mərasimdən yayılan görüntülərdə ifaçının çiyni açıq paltar geyinməsi diqqət çəkib. Belə ki, o, İran üçün açıq-saçıq sayılacaq geyimdə çıxış edib. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Bu videonun yayılmasından sonra Ərdəbil prokuroru Cəlal Afaqi bu mərasimin keçirildiyi yeri möhürləməyi əmr edib.

Ərdəbil prokurorluğu bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.

Ərdəbil prokuroru, həmçinin bu məsələ ilə bağlı məhkəmə tədbirlərinin davam etdiriləcəyini və bu tədbirin keçirilməsi ilə bağlı amillərlə ciddi şəkildə mübarizə aparılacağını açıqlayıb.

Exit mobile version