Azərbaycanİran

Müğənni Damlanın Ərdəbildə proqramla çıxış etdiyi məkan bağlanıb

Azərbaycandan olan xanım müğənni, Damla səhnə adı ilə tanınan Məsumə Məmmədova bu yaxınlarda İrana səfər edib və Ərdəbildə keçirilən mərasimdə çıxış edib.

Onun şadlıq saraylarının birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb.

Mərasimdən yayılan görüntülərdə ifaçının çiyni açıq paltar geyinməsi diqqət çəkib. Belə ki, o, İran üçün açıq-saçıq sayılacaq geyimdə çıxış edib. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Bu videonun yayılmasından sonra Ərdəbil prokuroru Cəlal Afaqi bu mərasimin keçirildiyi yeri möhürləməyi əmr edib.

Ərdəbil prokurorluğu bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.

Ərdəbil prokuroru, həmçinin bu məsələ ilə bağlı məhkəmə tədbirlərinin davam etdiriləcəyini və bu tədbirin keçirilməsi ilə bağlı amillərlə ciddi şəkildə mübarizə aparılacağını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button