Bəyanatda yeni günəş ilində müəllim və təhsil işçilərinin hüquqlarının pozulmasının davam edəcəyi təqdirdə daha geniş etiraz aksiyalarına əl atacaqları bildirilib.
Aylardır ölkədə davam edən etiraz aksiyalarına dəstəklərini ifadə edən müəllimlər bunun İranda yeni bir dönüş mərhələsi olduğunu qeyd ediblər.
İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının üzvləri nümayişlər zamanı həyatını itirən etirazçıların xatirəsini əziz tutduqlarını və haqlı mübarizələrini bundan sonra da davam etdirəcəklərini bildiriblər.