
“Qırğızıstandan Türkiyəyə qədər bütün qardaş ölkələri əhatə edən bölgənin locistik mərkəzi olmasını təmin etməliyik”. Bunu Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə mətbuat konfransında deyib. Vəzirin sözlərinə görə, logistika mərkəzi Qırğızıstan, Azərbaycan və Gürcüstan üzərindən keçməklə Türkiyə, daha sonra isə Avropa ölkələrini əhatə edə bilər. Çavuşoğlu son zamanlarda Çinə gedən qatarların məqsədinə çatdığını qeyd edib.