Dünyaİran

“Mossad” İranda əməliyyat keçirib

İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İnstitutu (Mossad) Kiprdə israillilərə hücum planını idarə etməkdə şübhəli bilinən şəxsləri həbs etmək üçün İranda əməliyyat keçirib.

“Mossad” bununla bağlı yaydığı bəyanatda bu şəxslərin Yusif Şahbazi və Abbas Əlilu olduğunu bildirib.

Onların İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən ətraflı təlimat və silah aldıqlarını qeyd olunub.

Vasif Şahbazi etiraf edib ki, yuxarıdan-Həsən Şuştərizadədən Kiprdəki İsrail və yəhudi hədəflərini müəyyənləşdirmək və onlara hücum etmək tapşırığı alıb.

Bəyanatda Həsən Şuştərizadə SEPAH-ın yüksək səviyyəli rəsmilərindən Cavad Sarayinin nəzarəti altında olan məmur kimi təqdim edilib.

Bununla yanaşı Cavad Sarayinin rəhbərinin də İnqilab Keşikçiləri Korpusunun “800-cü Bölmə”sinin komandiri Reza Siracın olduğu və  ölkə hüdudlarından kənarda terror əməliyyatları üçün xüsusi tapşırıqlar hazırlayıb icra etdiyi qeyd edilib.

Bəyanata görə, SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri Məhəmməd Kazimi yəhudilərə qarşı planlaşdırılan əməliyyatın əsas komandiri olub.

Related Articles

Bir cavab yazın

Back to top button