
Cari ilin sentyabrın 2-i Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə müşavirə keçirəcək.
Aznews.tv xəbər verir ki, bu haqda Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, görüş zamanı Moskva və Tehran arasındakı əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsi planlaşdırılır.
Həmçinin diplomatlar bölgənin və beynəlxalq aləmin gündəmində duran məsələlərə, o cümlədən İranla “nüvə anlaşması” və Fars körfəzində mövcud olan duruma toxunacaqlar.
Aznews.tv