![](https://www.aznews.tv/wp-content/uploads/2024/12/048bcba0-8a9e-3013-bb8c-38d1e004be6e_850-780x470.jpg)
“ANT”xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.
“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.