Eks-prezident xəritəni bu sözlərlə paylaşıb:
“Putinin çıxışından sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhpərvər və azad xalqıq”.
Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı “süni dövlət” adlandırıb.
Monqolustanın sabiq prezidenti isə dolayısı ilə Putinə müasir dövlətlərə tarixi ərazi kontekstində qiymət verməməyə çağırıb. Belə ki, Monqolustanın tarixi xəritəsində nə Rusiya var, nə də Ukrayna – hamısı Çingiz xanın imperiyasına aiddir.