Bu cür “duz fırtınası” hadisələri artıq tez-tez baş verir. Soydaşlarımız sözügedən fəlakətə görə İran hakimiyyətini irqçilikdə günahlandırırlar. Onların fikirincə, Ayətullah rejimi bilərəkdən gölü qurudub. Səbəb isə Güney Azərbaycandan soydaşlarımızın miqrasiya etmələri və farsların yaşadıqları əyalətlərdə yerli əhali arasında assimilyasiya olmalarıdır.