İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün həftəlik mətbuat konfransında İran və Ermənistan arasında münasibətlərə toxunaraq deyib:
“İki ölkə arasında dostluq və hərtərəfli, yaxın münasibətləri inkişaf etdirmək üçün birgə istək var. Hər iki tərəf bölgədə sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasının zəruriliyini vurğulayır;
– Biz ölkələrin bir-biri ilə ikitərəfli münasibətlərini şərh və müdaxilə etmirik, ancaq vurğuladığımız odur ki, ABŞ-nin bölgədə varlığına və hərbi mövcudluğuna mənfi yanaşırıq”.